Ətsiz Kotlet

Ətsiz Kotlet

TƏRKİBİ

    200 qr yulaf yarması

    200 ml isti su

    2 ədəd (250 qr ) kartof

    2 ədəd soğan

    3 diş sarımsaq

    1 çay qaşığı duz

    istiot zövqə görə

Dərin bir qaba yulaf yarmasını tökün. Üzərinə qaynar su töküb qarışdırın və 15-20 dəqiqə kənarda saxlayın. Soğan və sarımsağı mətbəx robotundan keçirin. Qabığı soyulmuş kartofları da rəndələyin. Bir qabda suda isladılmış yulaf yarması, rəndələnmiş kartof, çəkilmiş soğan və sarımsaq, duz və istiot töküb yaxşıca qarışdırın. Hazırladığınız kütlədən əlinizi isladaraq kotletlər hazırlayın. Tavada bitki yağını qızdırıb kotletləri ikitərəfli qızardın. Zövqə görə kotletləri suxari tozuna bulayıb bişirə bilərsiniz. Qızardılmış kotletləri artıq yağı çəkməsi üçün kağız salfetlərin üzərinə qoya bilərsiniz. Bişən koteltləri isti və ya soyuq halda süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN !

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



3221