Sobada Ballı Toyuq Qanadı

Sobada Ballı Toyuq Qanadı

TƏRKİBİ

    Resept Sahrap Soysalın “Anne, ben acıktım” kitabından götürülmüşdür.

    16 ədəd toyuq qanadı
    2 xörək qaşığı ketçup
    2 xörək qaşığı mayonez
    2 xörək qaşığı bal
    zövqə görə duz
    zövqə görə istiot
    çörək qırıntısı (suxariki) – irilərindən olsa daha yaxşı olar

1. Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın (gecədən səhərə kimi qalsa, daha yaxşı olar).

2. İri listin dibinə kalka kağızı (baking paper) sərin. Çörək qırıntılarını dəyaz biz qaba qoyun.

3.Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.

4. 200C-lik sobada təxminən 40 dəqiqə ərzində, və yaxud qanadlar

 bişib üstləri qızarana kimi bişirin.

 

 

 

Nuş Olsun!

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



1539