Kəklikotulu Quzu Qabırğası Qızartması

Kəklikotulu Quzu Qabırğası Qızartması

Porsiyalar
Təqribən 3 nəfərə nəzərdə tutulub
TƏRKİBİ

    1 quzu qabırğası
    Duz
    Istiot
    Bir neçə qaşıq qurudulmuş kəklikotu
    2 çay qaşığı yağ (əridilmiş yağ daha məsləhətdir)

​Soyuducuda bir quzu qabırğanız və masa arxasında ac, yemək gözləyən ailə üzvləriniz varsa, heç narahat olmayın- siz çox sadə və ləziz yemək hazırlaya bilərsiniz. Ət yeməklərinin həvəskarları quzu ətini çox bəyənirlər. Quzu ətinə bir az da kəklikotu qatmaqla onu daha ləziz etmək olar.

Bunu da qeyd edim ki, bu resept üçün heç bir marinad etmək lazım deyil. Əsas odur ki, istifadə etdiyiniz quzu eti təzə və kəklikotu ətirli olsun . Quzu ətini ya bir az yağda qızardıb (mən daha çox ərinmiş yağa üstünlük verirəm), ya da azca yağlanmış grildə hazırlaya bilərsiniz. Hər iki halda nəticədən məmnun qalacaqsınız.


 

 

 

Hazırlanma qaydası:

Quzu qabırğasını tikələrə bölün. Əti taxtanın üzərinə qoyub ətdöyənlə 10-15 mm qalınlığı alana qədər döyün. Tikələrin hər tərəfinə duz və istiot səpin, daha sonra qurudulmuş kəklik otunu əlinizlə əzib ətin üzərinə əlavə edin.

Yağı orta ölçülü tavada orta istilikdə əridin. Ətin hər iki tərəfini qızılı rəngə çalanadək qızardın, hər tərəfi təqribən 3 dəqiqə. Alternativ olaraq, qrilin üstünü bir az yağlayıb orda da hazırlaya bilərsiniz. Hər hansı bir qarnirlə dərhal süfrəyə verə bilərsiniz.

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



528