1 fincan manqo meyvəsi (konservləşdirilmiş meyvədən də istifadə edə bilərsiniz)
1 fincan sərin adi qatıq
½ fincan süd
1-2 xörək qaşığı bal (şəkər tozu ilə əvəz etmək olar)
1 çimdik hil (istəyə bağlıdır)
Nanə yarpaqları (yenə istəyə bağlı olaraq bəzək halında istifadə oluna bilər)
Gəlin sizə manqo lassi adlı şeykdən danışım. Bu içki Pakistanda və Hindistanda çox məhşurdur. Püstəkimilər fəslinə aid meyvə olan manqo və qatıqdan hazırlanan bu içki çox sərinləşdiricidir və özünəməxsus bir tamı var.
İlk dəfə manqo lassini bir kitabdakı resept əsasında hazırlamışdım. O reseptdə adi qatıq əvəzinə limonlu qatıqdan istifadə olunur, və hətta üzərinə sıxılmış limon suyu belə əlavə edirlər ki, bu da bir qedər ağız büzücü olur.
Qeyd: Siz öz manqo lassinizə bir neçə damcı gül suyu da əlavə edə bilərsiniz. Və ya əzilmiş püstə ilə bəzəyib masaya verə bilərsiniz. Mən adətən hil qatıram və süfrəyə verməzdən öncə nanə yarpağı ilə bəzəyirəm. Bu içkini hazırlayarkən, çalışın tam dəymiş, şirəli manqolardan istifadə edin. Konservləşdirilmiş manqodan da istifadə edə bilərsiniz. Az kalorili içki hazırlamaq niyyətindəsinizsə, yağsız qatıq və süddən istifadə edin, bal və şəkər qatmayın.
Hazırlanması: