“Bağ” Şorbası

“Bağ” Şorbası

Porsiyalar
8-10 pay üçün
TƏRKİBİ

    2 xörək qaşığı zeytun yağı
    1  diş sarımsaq  – xırda-xırda doğrayın
    1  ədəd qırmızı baş soğan – xırda-xırda doğrayın
    2  ədəd yerkökü –  xırda-xırda doğrayın
    2 kərəviz sapı –  xırda-xırda doğrayın
    1    ədəd kabaçok –  xırda-xırda doğrayın
    1  ədəd balaca pırasa –   yuyun və  xırda-xırda doğrayın
    Yarım çay qaşığı quru oreqano otu (və ya mərzə) – zəruri deyil
    1   ədəd dəfnə yarpağı
    2 ədəd 400-qramlıq konservləşmiş doğranmış pomidoş (banka deyil, konservdəkindən)
    1  ədəd orta boy kartof – kubiklər şəklində kəsin
    1  stəkan gülkələmin “gülləri”
    1 ədəd 400-qramlır konservləşmiş ağ lobya – süzün (konser yoxrursa, qurusundan bişirin)
    4  stəkan tərəvəz suyu (adi suyla da əvəz etmək olar)
    Bir ovuc qıvırcıq (kahıya bənzər acımtraq sıx yarpaqlı tərəvəz), yalnız yaşıl hissəsi – doğrayın (2 stəkan alınmalıdır)
    Yarım stəkan əllə qırılmış spagetti makaronu
    Bir kiçik dəstə ağ reyhan (zəruri deyil)
    Duz və istiot
    5  xörək qaşığı rəndələnmiş Parmezan pendiri

Bu vitamin dolu şorbanın digər yaxşı cəhətlərindən biri də budur ki, o, improvizasiyalara açıqdır. Məsəl üçün, əgər qıvırcıq otunuz yoxdursa, əvəzində ispanaqdan istifadə etmək olar. Lobya yoxdur? Noxudla əvəz edin. Tərəvəz suyu və ya adi su əvəzinə, toyuq suyundan istifadə etmək olar. Nuş olsun.

Better Homes and Gardens saytından adaptə edilmişdir

Hazırlanma Qaydası:

Iri qazanda zeytun yağını orta odda qızdırın. Sarımsaq, soğan, yerkökü, kərəviz, kabaçok, pırasa, oreqano və dəfnə yarpağını əlavə edin.  Arada qarışdıra-qarışdıra təxminən 15 dəqiqə, və yaxud tərəvəzlər yumuşalanadək bişirin.

Pomidor, kartof, gülkələm, lobya və tərəvəz suyu (və yaxud adi su) əlavə edin. Qazanın qapağını bağlayın və qaynadın. 30 dəqiqə də, yaxud kartof yumuşalanadək bişirin.

Qazana 2 stəkan adi su əlavə edin və qaynadın. Qaynayan kimi, qıvırcıq və spagetti makaronunu əlavə edib, 10 dəqiqə də bişirin. Makaron bilməlidir. Əgər şorba qatıdırsa, bir az su əlavə edin.

İstəyə görə şorbaya əlinizlə xırdalanmış ağ rehyan elavə edib, qarışdırmaq olar. Düz və istiot vurun. Şorbanı qablara tökün. Ayrı qabra süfrəyə Parmezan pendiri verin. Hər kəs zövgə görə öz şorbasına pendirdən səpə bilər.

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



633