Üzüm sirkəsinin faydaları və hazırlanma qaydası
Üzüm sirkəsinin faydaları
Üzüm sirkəsinin faydaları saymaqla qurtarmır. Üzüm sirkəsi min bir dərdin dərmanıdır desək yalan olmaz. Sirkənin hazırlanmasına keçməmişdən əvvəl faydalarından bəzilərini sadalayaq.
1. Yorğunluq və yuxusuzluq üçün yatmazdan əvvəl sirkəli su için.
2. Boğaz ağrılarında sirkə ilə qarqara edin.
3. Su ilə qaynadılıb buxarının qəbul edilməsi baş ağrısı, astım və cild ləkələrinə xeyir edir.
4. Günəş yanıqlarına sürtə bilərsiniz.
5. Bal ilə sirkəli suyu qarışdırıb hər gün içmək arıqlamağa kömək edir.
6. Qaşınmalara və dəri çatlamlarına sürtə bilərsiniz
7. Sirkəli parçanı mədənin üzərinə qoymaqla ürək bulanmasının qarşısını ala bilərsiniz
8. Sirkəni orta dərəcəli yanıqlarda da istifadə edə bilərsiniz
9. Dərinizi yumuşatmaq və parıldatmaq üçün bir miqdar sirkəni su ilə qarışdırıb duş qəbul etdikdən sonra durulana bilərsiniz.
10 Kəpəkli və cansız saçlar üçün durulama suyuna əlavə edə bilərsiniz
Üzüm sirkəsi hazırlanma qaydası
Mürəbbə, şirə və ya bəkməz hazırlamaq üçün lazım olan üzümlərdən fərqli olaraq (onlar üçün əsasən bərk üzümlərdən istifadə edirlər), üzüm sirkəsi hazırlamaq üçün nisbətən yumşaq üzümlərdən istifadə etmək lazımdır. Bunun üçün, ilk növbədə, üzümü şüşə qaba yığın (ağzı bir qədər geniş olsa yaxşı olar). Sonra bu üzümləri bu şüşə qabda bir qədər əzin. Daha sonra da günün altında, ya da temperaturu 20-25 dərəcə selsi olan otaqda saxlayın. Ancaq bu vaxt o qabın ağzını çox sıx bağlamaq məsləhət deyil. Çünki sirkə turşusu üzümün hava ilə oksidləşməsindən meydana gəlir. Üzüm şirəsi ən azı 40-45 gün qıcqırdıqda sirkə hazır olur. Qaba bir qədər quru çörək əlavə etmək isə, sirkənin qıcqırmasını sürətləndirir. Əlverişli şəraitdə süzülmüş sirkəni uzun müddət saxlamaq olar. Üzümü süzdükdən sonra bir burum qaynatmaq və bundan sonra saxlamaq lazımdır. Sirkədən həm yeməklərə əlavə etmək, həmdə tərəvəzləri qoymaq üçün istifadə etmək olar.Yeri gəlmişkən deyək ki, sirkə hazırlayarkən üzümü yumağa ehtiyac yoxdur.