Təbii alma sirkəsi
Alma və alma sirkəsi təbii gözəllik və sağlamlıq qaynağıdır. Antiseptik, antifunqal və antibakterial xüsusiyyətlərə malik olan alma sirkəsininin tərkibində bol miqdarda maqnezium, fosfor, kalium, kalsium, dəmir, mis var.
Alma sikəsi bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan petkin maddəsi kimi tanınan liflər bağırsaqlarda olan spazmları aradan qaldırmaqla həzmi sürətləndirir, ishalı müalicə edir. Alma sirkəsinin tərkibində orqanizmin toksinlərdən təmizlənməsinə kömək edən maddələr vardır. Bu təbii vasitə qan dövranını sürətləndirir, qanda artıq miqdarda olan xolesterini aşağı salmağa kömək edir. Alma sirkəsi dərinin pH-nı normal saxlamaq üçün əla vasitədir, ona görə də üz səp-gilərində, günəş ləkələrində, diatezlərdə su ilə bərabər nisbətdə qarışdırılmış alma sir-kəsinə pambıq batırılıb gündə iki dəfə silinir.
Kəpəkli saçlar üçün alma sirkəsi
Saç baxımı və saçdakı kəpəklər üçün saçları yuduqdan sonra son durulama suyuna yəni 1 litr suya yarım stəkan alma sirkəsi tökülür və saçlar bu su ilə durulanır. Bunu bir müddət hər saç yuyulduqda etmək lazımdır. Saçlar kəpəkdən təmizlənəcək və parlayacaqdır.
Sızanaqlar üçün alma sirkəsi
Yarım stəkan alma sirkəsinə yarım stəkan su əlavə edilir və bir parça pambığı bu qarışığa batırılıb sızanaq üzərinə bir müddət kompres edilir.
Artıq kilolar üçün alma sirkəsi
Bir stəkan suyun içinə 1-2 çay qaşığı alma sirkəsi tökülür. İçinə 1 çay qaşığı bal əlavə edilib səhərlər nizamlı olaraq acqarına içilir.
Alma sirkəsinin evdə hazırlanma qaydası:
5 kq alma
1 stəkan təbii sirkə və ya sirkə anası (1 xörək qaşığı)
2 stəkan şəkər (bal da ola bilər)
Yarım çay qaşığı duz.
Əvvəlcə almaları yuyub, tumunu təmizləyib sürtgəcdən keçirin (ətçəkən maşından və ya şirəçəkəndən) və yuxarıda yazdıqlarımızın hamısını 4 litr filtrasiya olunmuş suya əlavə edib yaxşı-yaxşı qarışdırın. Bir qazana tökün, üstünü qapaqla yox tənziflə örtün, günəş dəyməyən, temperaturu 25 dərəcədən çox olan bir yerə qoyun və hər gün bir dəfə qarışdırın. Əgər sirkənin daha tez əmələ gəlməsini istəyirsinizsə, içinə qarışan alma sirkəsinin miqdarını 0.5 litrə qədər artıra bilərsiniz. Təxminən 1 aydan sonra sirkəniz hazırdır.