Talk pudrası (prisipka)
Talk pudrası yəni prisipka kimi tanıdığımız pudranı uşaqların ayaqarası pişməcələrində həmdə böyük adamların daha çox ayaq aralarında pişməcələrində və qaşınmalarında istifadə olunur. Amma son vaxtlar pudranın ziyanları barəsində minlərlə məhkəmə şikayətləri əsasında aparılmış elmi ekspertizalar pudranın tərkibində xərçəng xəstəliyinə səbəb ola bilən azbest maddəsinin olduğunu sübut etmişlər. Pudralardan daima istifadə edənlərdə nəinki qaşınmaların qarşısı alınmış hətta dərini qıcıqlandıraraq gələcəkdə allergiya səbəb ola biləcəyi aydınlaşmışdır.
Ud hindi külü
Həm uşaqlarda həmdə böyüklərdə ayaqaarası qoltuqaltı və ümumiyyətlə qaşınmalar zamanı ud hindi külündən istifadə edə bilərsiniz. Hazırlanması çox sadədir. Ud hindi kökləri tam qurudulur və yandırılır çalışın tüstüləyərək yandırılsın yanıb qurtardıqdan sonra külünü ağzı kip bağlanıla bilən şüşə qaba yığıb saxlayın. Ud hindinin tüstüsünün də faydaları vardır beləki ud hindi tüstüsü otağı dezinfeksiya edir yolxucu xəstəliklər zamanı ud hindi tüstüsü otaqda infeksiyanın yayılmasının qarşısını alır. Ud hindi külü dəriyə olduqca rahat çəkilir çəkən kimi 1-2 saat müddətində təsirini göstərməyə başlayır. Ud hindi külü nəinki allergendir əksinə bütün allergik xəstəliklərdə hətta sifətdə sızanaq və sivilcələrin üstünədə çəkə bilərsiniz.