Su haqqında çoxdan yazmağı düşünürdüm, çünki bu sadə içki barəsində çox suallar ortaya çıxıb. Məsələn, suyu yayda və qışda nə qədər içmək lazımdır? Su hansı formada içilməlidir? Suyun faydaları nədir?
Uca Allahımız insan oğluna suyu təmənnasız olaraq və heç bir əziyyət çəkmədən, dünyanın hər tərəfindən rahatca tapa biləcəyi bir formada nemət olaraq vermişdir.
Dünyanın üçdə ikisi sudan ibarətdir və maraqlısı budur ki, insan bədəninin də üçdə ikisi sudan ibarətdir. Düşünə bilən insanlar üçün burda bir hikmət var, deməli biz insanlar kainatın bir parçasıyıq. Bizim dünyamızda elm bu qədər inkişaf etməsinə, hər tərəfimizin oksigen və hidrogendən ibarət olmasına baxmayaraq, hələ də laboratoriyalarda su hazırlamaq mümkün olmamışdır. Bilirsinizmi nəyə görə? Çünki bizim dünyamızda hidrogen və oksigenin birləşib su əmələ gətirməsi üçün lazım olan temperatur yoxdur, eyni zamanda təbiətin özündə də bu birləşmə əmələ gələ bilməz. Deməli, uca Allah izin verməsə, kainatdakı su kütləsi nə artar, nə də azalar. Bunun özündə də bir hikmət var.
Suyun faydaları
-
Su – olmadan bədəndə heç bir mübadilə prosesi gedə bilməz;
-
Su – bədəndəki bütün hüceyrə bölünmələrinə səbəbdir
-
Su – böyrəklərin, ümumiyyətlə, bütün orqanların toksik maddələrdən təmizlənməsini təmin edir;
-
Su – qan təzyiqini nəzarətdə saxlayır və hormonların bərabər paylanmasına səbəb olur;
-
Su – ağız, göz, burun boşluqlarının nəmlənməsinə səbəb olur;
-
Su – tər, göz yaşı, qanın bir parçasıdır, su vasitəsilə iltihabi proseslər sorulur;
-
Su – bədənimizin enerji balansını qoruyur, oynaqlarımızın sürtülməsinin qarşısını alır;
-
Su – gündəlik içildikdə miqren, varikoz, babasil kimi xəstəliklərin qarşısını alır, dərini daha canlı və parlaq edir;
-
Su – bədənimizə daxil olan bütün ziyanlı maddələri xaric edir.
Suyun faydaları bununla bitmir və bu siyahını daha çox uzatmaq olar. Orqanizmində su çatışmazlığı olanlarda, yəni, az su içən və ya heç içməyən, əvəzinə çay, qəhvə, şirə və s. qəbul edənlərdə qəbizlik, sidik yolları infeksiyaları, mübadilə pozulmaları, böyrək daşları, öd daşları, dərinin quruması, gözdə qaşınmalar və s. kimi xəstəliklər tez-tez baş verir.
Mənim fikrimcə, yayda gün ərzində 2-3 litr, qışda isə 0,5-1 litr su içilməsi daha məqsədəuyğun olardı. Suyun həddindən artıq içilməsi də bədənimizin ağırlaşmasına və mədə-bağırsaq sisteminin, böyrək fəaliyyətinin, həmçinin daxili mübadilə proseslərinin pozulmasına səbəb olar.
Mömin insanların namazdan əvvəl sudan istifadə edərək yuduğu hissələrə suyun dəyməsinin insan orqanizminə olan rahatladıcı təsirini artıq bütün dünya alimləri təsdiq etmişdir. Su yalnız çiy olaraq, qaynadılmamış formada, oturaraq, qurtum-qurtum, yavaş-yavaş içilməlidir.
Yemək yeyəndən sonra 1-2 stəkan çiy su için. Bu zaman həzm daha yaxşı gedir, qidalar daha yaxşı sorulur, nəcis daha yaxşı formalaşır. Həm də sünnəyə uyğun bir addım almış oluruq.