Şalfey

Şalfey

Xalq təbabəti

Adaçayı (sürvə, şalfey (rus), salvia (latın)): Salvia hərfi mənada xilasolma, həyat otu mənasını daşıyır. Farmakoloji xüsusiyyətləri. Bitkinin yarpaqları və çiçəkləri dezinfeksiyaedici, iltihab əleyhinə, ağrıkəsici, büzücü, qankəsici, sidikqovucu, tərqovucu, qastrosekretor təsirlərə malikdir. Adaçayı xalq təbabətində dəmləmə və cövhər (çıxarış) şəklində büzücü və antiseptik vasitə kimi stomatitlərdə, anginada, diş əti qanaxmalarda, ginekoloji praktikada isə şırınqa kimi istifadə edilir. Tənəffüs yollarının iltihabi xəstəliklərində bitkinin efir yağı və ya dəmləməsi inhalyasiya kimi tətbiq edilir. Xaricə isə saç tökülməsində, qara gəndalaş çiçəkləri ilə birgə isə hemorroyda istifadə edilir. Serebrovaskulyar aktivliyə malikdir, sinir sistemini möhkəmləndirir və yaddaşı gücləndirir. Detoks təsiri vardır, qaraciyəri təmizləyir, qanda şəkərin miqdarını azaldır. Qəbul qaydası: 1çay qaşığı yarpaq və çiçək xammalın üzərinə 500 ml qaynar su əlavə edilir termosda 1 saat dəmlənilir gündə 2 dəfə 1stəkan üzrə daxilə qəbul edilir. Oxşar dozada 15 dəqiqə qaynadılıb bişirməsi hazırlanır xaricə işlədilir. Müstəqil qəbulu olmaz, qəbuldan öncə mütləq həkimlə məsləhətləşmək lazımdır. Əks göstəriş. Allergiya, epilepsiya, kretinizm, arterial hipotenziya, böyrəklərin kəskin iltihabi xəstəliklərində, hamiləlik və laktasiya zamanı istifadəsi məsləhət deyil. Uzunmüddətli (14 gündən çox) qaydasız qəbulu zəhərlənmə və halüsinasiya törədə bilər. Adaçayı kişilərdə libidonu azaldır, qadınlarda artırır, laktasiyanı isə kəsir. Mistika: inanclara görə yuxuda şalfey görmək işdə və məhəbbətdə uğura işarədir.

Рекомендуем почитать

Çoxsaylı faydaları olan çobanyastığı: Nə zaman və necə istifadə olunmalıdır? Xalq təbabətində ən çox istifadə..

Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra..

Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında o acı yovşan adı ilə də..