Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında o acı yovşan adı ilə də tanınır. Yovşanın adı yunan Allahı Artemidanın(ovçuların Allahı) adı ilə bağlıdır. Yovşanı toplayan zaman diqqətli olmaq lazımdır. Ona toxunan əllərlə gözlərə, dodaqlara, üzün dərisinə toxunmaq olmaz. Yovşan topladıqdan sonra əlləri təmiz yumamış duş qəbul eləmək də məsləhət görülmür.
Mütəxəssislər yovşan toplayan zaman əlcəkdən və eynəkdən istifadə etməyi məsləhət bilir. İşin qurtardığı zaman isə mütləq paltarları dəyişmək lazımdır. Ən çox acı yovşanın tozcuqları tənəffüs orqanların daxil olduqda boğazda və burun nahiyəsində qıcıqlanmalar, quruluq, ağızda acı dad hissi əmələ gəlir. Əlamətlərin çox olduğu zamanlarda isə mütləq həkimə müraciət etmək lazımdır.
100 qram yovşanın tərkibində olanlar:
- Su - 7,74 qr
- Zülallar - 22,77 qr
- Yağlar - 7,24 qr
- Karbohidratlar - 50,22 qr
- Qida lifləri - 7,4 qr
- Doymamış yağ turşuları - 1,881 qr
- Kalorisi - 295 kKal
- Kalium - 3020mq
- Kalsium - 1139 mq
- Maqnium - 347mq
- Fosfor - 313 mq
- Natrium - 62
- Dəmir - 32,2 mq
- Sink - 3,9 mq.
Yovşanın tərkibində C, PP, B6, B1, B2, A vitaminlıri ilə də zəngindir.
Yovşan kökünü qurudub onu şəraba əlavə edirlər. Onun kökünün sıxaraq əldə edilən şirəni də spirtli içkilərə əlavə etdikdə xüsusi dada malik olur. Onun yarpaqlarından buxar vannalarında istifadə edilir. Yovşandan tinkturalar hazırlanır. Onunla kompreslər qoyduqda, xırdalanmış halda vannaya salıb vanna qəbul elədikdə orqanizmə rahatladıcı təsir göstərir. Epilepsiyanın aradan qalxması üçün istifadə edilən bitki dəmləmələrinin tərkibinə yovşan da qatılır. Yovşandan hazrlanmış çaylar və ya dəmləmələri bronxial astma xəstəliyində istifadə dirlər. Yovşan kökündə uçucu yağlar, sineol, fenxen, borneol, kamfen, tuyon, inulin, qətran maddəsi, təbii turşular, tanin var. Onun kökündən hazırlanan dəmləmələr orqanizmə spazmolitik, qurd əleyhinə təsir göstərir. Dəmləmə mədənin funksiyasını stimulyasiya edir və həzm sisteminin sürətlənməsinə səbəb olur. Acı yovşanın yarpaqlarından hazırlanmış dəmləmə doğuşun sürətlənməsinə və ağrısız olmasına səbəb olur.
Krım yovşanının tərkibində olan absentol və pinen tənəffüsün rahatlanmasına, arterial təzyiqin yüksəlməsinə, ürək fəaliyyətinin artmasına səbəb olur. Ondan ürək xəsstəlikləri zamanı istifadə edilir.
Tibbdə yovşandan hazırlanan preparatlar:
* Acı yovşan otu - quru halda paketlərdə satılır.
* Acı yovşan cövhəri - 5-20 damcı qidadan əvvəl qəbul edilir.
* Acı yovşan ekstraktı - müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
* Tauremizin(həb) - gün ərzində həkimin göstərişi ilə 2-3 dəfə qəbul edilir.
* 25%-li tauremizin məhlulu - 1 ml ampullarda olur. Onu 20%-li qlükoza ilə qarışdıraraq narkotiklərlə zəhərlənmələr zamanı, yuxugətirici məqsədlə, kəskin ürək çatışmazlığında, kollapsda, infeksion xəstəliklərdə istifadə edilir.
Xalq təbabətində yovşandan istifadə qaydası
Qədim zamanlarda olimpiya oyunları zamanı sinir və əzələ gərginliyini aradan qaldırmaq məqsədilə yovşandan istifadə edilib. Müasir tibbdə isə əsasən yovşanı müxtəlif dərman preparatlarının tərkibinə daxil edilib istifadə olunur.
* Xalq təbabətində yovşandan sidikqovucu, ödqovucu və qurd əleyhinə istifadə edilir. Bu məqsədlə 1 xörək qaşığı adi yovşanın kökünü 200 ml suda 10 dəqiqə zəif odda qaynadıb , soyuduqdan sonra istifadə edilir.
* Mədə şirəsinin çoxalması, ödün boşalması və qəbizliyi aradan qaldırmaq məsədilə acı yovşan otunun dəmləməsini içmək lazımdır. Bu zaman 1 çay qaşığı otun üzərinə bir stəkan qaynar su əlavə edib gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Bu dəmləmə əsəb gərginliyi, yuxusuzluğu, stressləri aradan qaldırır.
* Yovşanı spirtdə saxlayıb içdikdə pnevmoniya xəstəliyinin sağalması sürətlənir.
* Yarım xörək qaşığı yovşanı 1 stəkan suda 10 dəqiqə qaynadıb 30 dəqiqə soyutmaq və əldə olunan 50 ml dəmləməni yatmazdan əvvəl içmək lazımdır.
* Yovşan qaynayan suyun buxarını qəbul elədikdə yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin sağalması sürətlənir.
* Amenoreya və hipomenstural sindrom zamanı, hamiləlik qusmaları zamanı, ağrısız doğuşların baş verməsi üçün yovşan dəmləməsi qəbul edilir. Fizioloji qanaxmalar zamanı 3 xörək qaşığı yovşanı 1 gün soyuq suda saxlayıb hər 3 saatdan bir 1 xörək qaşığı içmək lazımdır.
* Acı yovşan dəmləməsi spirtli içkilərdən olan asılılığı aradan qaldırır.
Xaricə tətbiqi
* Təzə yovşan şirəsi yaraların və kəsiklərin sağalmasını sürətləndirir.
* Yovşan şirəsi diş ağrılarının aradan qalxmasına səbəb olur.
* Yovşan qatılmış su ilə ayaqları vanna elədikdə tərləmə əlamətləri aradan qalxır.
* Mazolları, xalları və xərçəng yaralarını yovşan buxarına verdikdə əlamətlər azalır.
* Yovşan cövhərini revmatizm, nevralgiya və lyumbalgiya xəstəliklrində istifadə etdikdə ağrılar aradan qalxır. Acı yovşan qatılmış şərab da xalq arasında çox sevilib. Yovşan dəmləməsini baş ağrıları və rinit zamanı kompres kimi istifadə etdikdə ağrılar aradan qalxır.
Dietalogiyada
Yovşandan dietologiyada da istifadə edilir. Onun detoksikasiyaedici təsiri orqanizmə çox faydalıdır. Dieta saxlayaraq yovşandan çox istifadə etdikdə orqanizm artıq şlaklardan və parazitlərdən xilas olur.
Kulinariyada
Əsrlər boyu yovşandan müxtəlif ətlərin və içkilərin dadlandırılmasında istifadə edilib.
Yovşanın zərərli və təhlükəli xüsusiyyətləri
Yovşandan istifadə etmək orqanizmdə turşuluğun azalmasına səbəb olur. Bu da qəbul edilən dərman maddələrinin orqanizmə təsirini azalda bilir. Hamiləlik və uşaqəmizdirmə dövründə yovşan qəbul etmək məsləhət görülmür, bu qanaxmalara səbəb ola bilir.
Avstrya yovşanını qəbul etmək yaşlı və piylənmədən əziyyət çəkən adamlarda narahatçılıqlara səbəb ola bilir. Bu səbəbdən də belə şəxslərə yovşan tərkibli dəmləmələr içmək məsləhət görülmür.
Tərkibində yovşan olan dərman preparatları həkimin məsləhəti ilə və müəyyən edilmiş dozada qəbul edilməlidir.