Sarımsaq

Sarımsaq

Xalq təbabəti

Səhərlər bir diI sarımsağı bir tikə çörəyə sürtüb yedikdən sonra üzərindən su içsəniz, bir saatdan sonra qanınız saflasacaqdır. Bu məlumatı XVI əsrdə fransız astroloqu və həkimi, gələcəkdə dünyada nələr bas verəcəyini qabaqcadan xəbər verən və bunların əksəriyyətinin düzgün olması ilə məşhurlasan Nostradamus demisdir. Onun elmi əsərlərində deyilir ki, ―Necə edək ki, sarımsağın köməyi ilə həmişə cavan qalaq. Bir qədər keçdikdən sonra sarımsağın müalicəvi təsiri elmi əsaslarla öz təsdiqini tapmaiIdır. Sarımsağın vətəni Orta və Cənubi-Qərbi Asiya və Aralıq dənizi ölkələrinin əraziləri hesab edilir. Yabanı halda isə Əfqanıstan, Hindistan, Qərbi Tyan-ian və Qafqaz, eləcə də Azərbaycan ərazilərində yayılmıIdır.

Sarımsaq – Allium sativum L. hündürlüyü 100-150 sm olan soğanaqlı birillik tərəvəz (ədviyyat) bitkisidir. Sarımsaq dünyanın əksər ölkələrində əkilib becərilir. Torpağın altında bir ədəd ağ örtüklə örtülmür diIəbənzər soğanağı yerləsir. DiIlərin sayı xırda soğanaqlarda 3-5 ədəd, orta irilikdə olanlarda 6-12 ədəd, daha irilərində isə 13-25 ədədə qədər olur. Hər diI öz pərdəsində yerləsir, bütün diI isə birlikdə bir örtüyə bükülür. Sarımsaq hər baş soğanağın çəkisinə görə 20 qramdan 30-40 qrama qədər olur. Dadı isə kəskin tünd, tünd, yarımtünd və zəif tünddür. Dişvarı soğanaqlarının uzunluğu bəzən 4 sm-ə çatır.

Yarpaqları hamar xətvarı olub uzundur, yuxarı hissəsi növsəkillidir.Hər bir yarpaq daxilində sortlardan asılı olaraq uzunluğu 15-50 sm-ə qədər yalançı boru formasında gövdə əmələ gəlir. Yaxşı inkiIaf etmiI bitkidə yarpaqların sayı 8-12 ədədə çatır. Gövdəsinin qurtaracağında tutqun ağ və yaxud zəif bənövIəyi rəngdə çoxsaylı şarvari çiçəkləri mürəkkəb çətirdə toplanır. Çətir bitkinin çoxalıb artmasında böyük rol oynayır.

Sarımsaq    çox   qiymətli    tərəvəz    bitkilərinin sırasına daxildir. Onun tərkibində 35%-ə qədər quru maddə, 27% sulu karbonlar, 8% zülal, inulin, fitonsid, fitosterin, yod, şəkər və s. maddələr tapılmısdır.Yaşıl yarpaqlarından isə karotin, B, B1, PP, 140 mq C vitaminləri aşkar edilmiIdir. Sarımsaqda 0,23-0,74% efir yağı aşkar edilmisdir.

Sarımsaqdan müalicəvi preparatların hazırlanması.

Qrip zamanıSürzəcdən keçirilmis təzə sarımsağı 1:1 nisbətində bal ilə qarısdırıb gündə bir neçə dəfə 1 çay qasığı götürüb su ilə qəbul edin.

Uzun sürən öskürək zamanı. Sarımsaq və soğanı xırda hissələrə doğrayıb südə töküb yumşalana qədər bişirin. Südün içərisində əzib üzərinə cökə balı əlavə edərək gündə 1 xörək qaIığı gün ərzində qəbul edin.

Boğaz ağrıları zamanı. Səkkiz diI sarımsağı əzib bircinsli kütlə əldə edib sonra üzərinə çay qaşığı üzüm sirkəsi əlavə edib ehtiyatla qarışdırın. QarıIığı soyuducuya qoyub bütün gecəni saxlayın. Səhərisi gün üzərinə 50 q qızdırılmıs bal əlavə edib pastanı yenidən qarışdırın. Sonra qarışıqdan 2 çay qaşığı götürüb ağzınıza qoyub həll olana qədər saxlayın və kiçik qurtumlarla udun.

Ateroskleroz zamanı. Bir baş sarımsağın dişlərinin qabığını təmizləyib, 1 ədəd limonla birlikdə süzgəcdən keçirib, qarışığı otaq temperaturunda olan bir litr qaynar suya töküb ağzını bağlayın və iki gün saxlayın. Sonra gündə 3 dəfə 1 xörək qasığı qəbul edin.

Qrip, mədənin infeksion xəstəliyi, bronxit zamanı. 250 q təmizlənmiş sarımsaq diIlərini xırda hissələrə salıb üzərinə 1 litr araq tökün və 2 həftə saxlayın. Sonra qarışığı süzün. Alınan cövhəri bir il soyuducuda saxlamaq olar. Aldığınız ekstraktdan 10-15 damla götürüb bütün gün ərzində qəbul edin.

Sarımsağın kəskin tamı olduğundan o mədəni selikli qisasını qıcıqlandırmaqla onun turşuluğunu artıra bilər. Bu zaman yaxşı olar ki, sarımsaq yağından istifadə edəsiniz.

Yağı belə hazırlamaq olar. 50 qr iri doğranmış sarımsağı tünd şüşə qaba töküb üzərinə 1 stəkan günəbaxan və yaxud zeytun yağı əlavə edib ağzını bağlayın. 5-6 gün dəmə qoyduqdan sonra istifadə edə bilərsiniz.

Artıq piydən, başda yaranan səslərin, eşitmə və görmə qabiliyyətinin yaxşılaIdırılması zamanı 500 qr əzilmiş sarımsağı 300 ml spirtin üzərinə töküb 10 gün qaranlıq yerdə saxlayın və qarışığı süzün. Alınan ekstraktı südlə qarışdırıb gündə 3 dəfə yeməyə 10 dəq qalmış qəbul edin. Qəbul qaydası belədir: 1-ci gün yarım stəkan südün tərkibinə 1 damla ekstrakt əlavə etməklə qəbul edin. 2-ci gün 2 damcı, sonrakı günlərdə hər dəfə 1 damcı artırmaqa 25 damcı əlavə edənə qədər qəbul edin.

 

Рекомендуем почитать

Çoxsaylı faydaları olan çobanyastığı: Nə zaman və necə istifadə olunmalıdır? Xalq təbabətində ən çox istifadə..

Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra..

Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında o acı yovşan adı ilə də..