Qantəpər

Qantəpər

Dərman bitkiləri

Qantəpər təbii halda Azərbaycanda geniş yayılmış dərman bitkisidir.Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir.

Qantəpərin dünyada 60 növünə təsadüf olunur ki, onun da 12-si Azərbaycanda bitir. Respublikamızda ən çox yayılmış qantəpər növləri Nəhəng qantəpər, Koçi qantəpəri və Naxçıvan qantəpəridir. Bu bitkilər Culfa, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Laçın, Kəlbəcər, Şuşa, Zaqatala, Şəki, Quba, Dəvəçi, Şamaxı, İsmayıllı və Lənkəran rayonlarında geniş yayılmışdır.

Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur. Bitkinin çiçəklərindən dəmləmə (çay) şəklində qədimdən bəri soyuqdəymədə, daxili qanaxmalarında və eləcə də ürək-damar və böyrək-sidik yolu xəstəliklərində istifadə olunur. Çox güman ki, bitkiyə qantəpər adı da məhz bu səbəbdən verilmişdir

Рекомендуем почитать

Cökə ağacı, xüsisən çiçəkləri 101 dərdin dərmanı hesab olunur. Cökə çiçəklərini (lipa..

Dazıotunun müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədimdə bu ot müxtəlif xəstəliklər zamanı geniş..

Əvəlik haqqında hər kəsin bilməli olduğu bəzi bilgiləri oxucuları ilə bölüşür. Əvəlik çox zaman ispanağa..