Əvəlik haqqında hər kəsin bilməli olduğu bəzi bilgiləri oxucuları ilə bölüşür.
Əvəlik çox zaman ispanağa, quzuqulağına bənzədilir. Yarpaqları yeyilir, toxumlarından isə çay hazırlanır. Yabani bitki olduğu üçün az qala dünyanın hər yerində bitir. Kökündə nişasta, şəkər, C vitamini var. Fosfor baxımından zəngin olan bu bitkinin faydaları çoxdur. Əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid çoxillik ot bitkisidir. Becərmək istəyənlər üçün qeyd edək ki, toxum və kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi yığılır. Əvəlik bitkisinin yarpaqlarını çiçəkləməmişdən qabaq yığırlar. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəlidir.
Əvəlikdən tibb aləmində də geniş məqsədlər üçün istifadə edilir.
-Əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsindən daxili qanaxmalarda, sidik tutulmalarında, bəd xassəli şişlərin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, qaşınma, revmatizm və bədxassəli xərçəngdə istifadə edilir.
-Təzə dərilmiş yarpaq və dəmləməsindən laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur.
-İshalın qarşısını alır. Kökü qaynadılıb içilərsə ishalı kəsər. 10 qram əvəlik kökü 1 stəkan isti suda dəmlənərək içilir.
-Qəbizliyi önləyir. Ağlınıza ilk sual gəlir. Həm ishalda həm qəbizlikdə necə istifadə edilər? İshalda bitkinin kökü, qəbizlikdə isə yarpaqları istifadə edilər. Xüsusilə hemoroid problemlərində təsirlidir.
İshalı kəsmək üçün bitkinin tərkibində bol miqdarda həlledici turşu var. Məhz buna görə ishalın qarşısını uğurla alır.
-Dəri xəstəlikləri : Eqzema, qaşınma və dəri üzərindəki göbələklərdə çox təsirlidir. Dəri səthlərində görülən yara və ləkələri aparır. Yara və dəri ləkələrinin sağalmasında istifadə etmək üçün xüsusi məcun halına gətirilir və dəri üzərinə sürtülür.
- Keçmişdən bəri fərqli məqsədlər üçün istifadə edilən əvəlik otu müxtəlif dövrlərdə meydana gələn allergik problemlərin qarşısını alır.
- Sümük xəstəliklərinin müalicəsində istifadə edilən bitki revmatizm və qadın hormonlarını düzəltməkdə olduqca təsirlidir. Bundan əlavə bəzi qadın xəstəliklərinin müalicəsində çox təsirlidir.
-C vitamini ilə zəngin olduğu üçün qrip kimi infeksiyalarla mübarizədə çox təsirlidir.
-Bədəndə yığılan toksinlərin atılması üçün detoksda istifadə edilir. Bu xüsusiyyəti ilə qaraciyər xəstəliklərində də geniş istifadə edilən əvəzedilməz bitkidir. Antibakterial təsiri vardır. Qaraciyər və ağciyərlərin toksinlərdən təmizlənməsində xüsusi yeri var.