Giləmərzənin güclü ətri var və o, balıq yeməklərində daha çox istifadə edilir. Latınca adı Origanum majorana-dır. İlboyu becərilən və məhsul verən bitkidir. Yüz illərdir ki, bu bitkidən müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Giləmərzə bitkisi Antik Yunanıstanda və Romada xoşbəxtliyin simvolu kimi tanınırdı. Giləmərzə çayından daha çox spazm, köp zamanı, sidikqovucu və tərlədici kimi istifadə edilir. Giləmərzə çayı immun sistemini gücləndirir. Həzm prosesinə çox böyük faydası var. Bunlarla yanaşı o, quru öskürəyə, mədədə köpə, astmaya, revmatik ağrılara, diş ağrısına və baş ağrısına gözəl təsir edir.
1 fincan mərzə çayı hazırlamaq üçün bir fincan soyuq suya bir dolu çay qaşığı mərzə tökərək orta oda qoyulmalıdır. Su qaynamağa başlayan kimi, ocağı azaldıb vam odda 5-10 dəqiqə dəmləmək lazımdır. Çay dəmləndikdən sorna onu 5 dəqiqə soyudaraq içə bilərsiniz.
Mərzə çayı tərlətmə xüsusiyyəti ilə bədəndəki toksinləri qısa müddətdə bədəndən kənarlaşdırır.
Mütəmadi olaraq həddindən çox qəbul edilən mərzə çayı ürək bulanması, ishal kimi problemlər yarada bilər. Ona görə də həddi aşmamaq lazımdır. Çalışın ki, gün ərzində 3 stəkandan çox mərzə çayı işməyəsiniz. Mütəmadi olaraq dərman qəbul edənlər mərzə çayını içməzdən əvvəl həkimlə bu barədə məsləhətləşməlidir.
Mərzə çayının hamiləlik və südvermə dövrlərində necə təsir etməsi barədə məlumatlar olmadığına görə bu vaxtlar içilməməsi tövsiyə edilir.