Gülxətmi

Gülxətmi

Dərman bitkiləri

Qış aylarında  bir çoxlarımızda müəyyən narahatlıqlar yaranır, xəstələnmə halları baş verir.

Xüsusilə də öskürəyə uşaqlar və böyüklər arasında çox rast gəlinir. Bundan qurtulmaq üçünsə dərmandan daha çox təbii müalicə üsullarından yararlanmağa çalışırıq. Təbii müalicə üsulları arasında ən çox yayılanı bitki çaylarıdır. İLGİM.AZ   saglamolun.az-a istinadən sizə belə çaylardan birinin – gülxətmi çayının faydaları və hazırlanması ilə bağlı məlumat verir.

Gülxətmi çayı xüsusilə həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda şiddətli  öskürəyin qarşısını almaqda əvəzedilməzdir. O, ağciyərlərə yığılan bəlğəmin təmizlənməsini çox asanlaşdırır. 

Gülxətmi bitkisinin faydalı xüsusiyyətləri antik çağlardan bəri bir çox xalqlar tərəfindən bilinir. Bu bitki ciddi boğaz xəstəliklərinin müalicəsində sıx-sıx istifadə edilir. Məsələn, asiyalılar gülxətmi bitkisini tərəvəz bağçalarında əkir və ondan müxtəlif yeməklər hazırlayırlar. Gülxətminin istehlakı immunitet sistemini gücləndirir və gözlərin sağlamlığına müsbət təsir edir. Gülxətmi bitkisindən hazırlanan dərmanlar sakitləşdirici, nəmləndirici, iltihab önləyici, qoruyucu təsirə malikdir.

Alternativ tibdə gülxətmi əsrlərdir nəfəs yolları xəstəlikləri, yanıq, şişkinlik, dəri iltihabı, qəbizlik kimi xəstəliklərin müalicəsində istifadə edilib. Həmçinin yüngül zəhərlənmə hallarında və toksinlərin orqanizmdən atılmasında bitkinin yaşıl hissələrini qaynadaraq  alınan su içilir.

Gülxətmi çayının faydaları:

  • Öskürəyi yumşaldır
  • Arıqladır
  • Dərini rahatladır
  • Hüceyrələri təzələyir
  • Köpün qarşısını alır
  • Mədə qıcqırması və gəyirməni aradan götürür 
  • Mədə ağrısını azaldır
  • Qaraciyərin funksiyasını yaxşılaşdırır

Gülxətmi çayı necə hazırlanır?

Bu çay bitkinin qurudulmuş çiçəklərindən hazırlanır. 1 litr qaynar suyun içinə 2 yemək qaşığı çiçəyi töküb dəmləyin. Dəmlənməsi üçün bir dəsmala büküb 20 dəqiqə gözləyin. Sonra stəkanın yarısına qədər bu dəmləmədən süzün, digər hissəsini su ilə doldurun. Çayı istəyə görə bal və şəkərlə dadlandıra bilərsiniz. Normal çay kimi gündə 2-3 dəfə, istədiyiniz vaxt içə bilərsiniz.



 

Рекомендуем почитать

Cökə ağacı, xüsisən çiçəkləri 101 dərdin dərmanı hesab olunur. Cökə çiçəklərini (lipa..

Dazıotunun müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədimdə bu ot müxtəlif xəstəliklər zamanı geniş..

Əvəlik haqqında hər kəsin bilməli olduğu bəzi bilgiləri oxucuları ilə bölüşür. Əvəlik çox zaman ispanağa..