Gicitkən

Gicitkən

Dərman bitkiləri

Təzə gicitkənin faydaları haqqında məlumat vermək istəyirəm, çünki təzə gicitkən qurusundan daha çox xeyirlidir. “Gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir” və ya “Allah bütün vitamin və mineralları bu bitkinin içinə qoymuşdur” – desək, səhv etmərik.

Yazın başlanğıcında, insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əskikliyi əmələ gəlir, bu əskiklik özünü uşaqlarda daha çox büruzə verir.

Əlinizə rezin əlcək geyinib gicitkəni dərin, suda yuyun və qayçı ilə doğrayıb şüşə qabın yarısına qədər doldurun, üstünə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır.Təzə yığılmış yarpaqları yuyub şirəçəkəndən keçirməkdə olar bu zaman təmiz gicitkən şirəsi əldə edəcəksiniz.  Bu şirədən gündə 2 dəfə, yeməkdən əvvəl 1 stəkan için. Bədəndə çatmayan bütün vitamin və mineralların yerini dolduracaqdır. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr üçün çox faydalıdır.

Gicitkənin faydaları

Təzə gicitkən şirəsi qanda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəkləri daş və qumlardan təmizləyir, dərinitəravətləndirir, immuniteti artırır. Bundan başqa təzə gicitkəndə çoxlu K vitamini vardır ki, qanın laxtalanmasını tənzimləyir. Təzə gicitkəni dərib süpürgə kimi bağlayıb, sauna və ya hamamda dizlər və bel nahiyəsi həmin süpürgə ilə döyülür. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır. Təzə gicitkən ətçəkən maşından keçirilib təzə tökülmüş saçların yerinə lopa şəklində qoyulduqda yeni tük gətirir, olan saçları qalınlaşdırır. Bunu zob üzərinə qoyanda düyünlər əriyir, daban mahmızı üzərinə qoyanda isə mahmız kiçilir. Oynaqların duzlaşmasında və podaqrada tətbiq olunanda oynaqlarda olan şiş və ödem azalır. Belin aşağı hissəsində tüklər follikullara girib infeksiya törətdikdə, gicitkən əzməsi büzdümün həmin nahiyəsinə qoyulur, iltihab və ağrını azaldır. Bunu ekzema və dəmrovların üzərinə qoyanda dəri zədələnməsi əhəmiyyətli dərəcədə azalır, lipomaların isə ölçüsünü kiçildir.

Təzə gicitkən şirəsini 10 gün içidikdən sonra 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında (xoşxassəli şişlərində) çay kimi dəmlənib içilir.

Gicitkən yarpaqlarından Misirdə təbii qida boyası alınır. Gicitkən kökləri prostat hiperplaziyasında (böyüməsində) 3 çay qaşığı 3 stəkan suda 3-4 dəq qaynadılır, ilıq olandan sonra süzülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.

Рекомендуем почитать

Cökə ağacı, xüsisən çiçəkləri 101 dərdin dərmanı hesab olunur. Cökə çiçəklərini (lipa..

Dazıotunun müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədimdə bu ot müxtəlif xəstəliklər zamanı geniş..

Əvəlik haqqında hər kəsin bilməli olduğu bəzi bilgiləri oxucuları ilə bölüşür. Əvəlik çox zaman ispanağa..