Yəqin ki, hamımız dırnaqları və dırnaq ətrafının dərisini yeyənləri görmüşük. Belə şeyləri görən kimi bunun təhlükəsi barədə danışıb insanları dırnaq yeməkdən çəkindirmək lazımdır.
Dırnaq altında müxtəlif mikroblar, bakteriyalar və qurd yumurtaları toplanır. Biz əllərimizi yusaq da onlara təsir edə bilmirik. Dırnaq yeyənlər asanlıqla həmin mikroorqanizmlərə yoluxur, ona görə də dırnaqlar tez-tez tutulmalıdır.
Dırnaqətrafı dərini yeyənlər və dırnaqlarına manikür etdirənlər dırnaqların ətrafındakı sərtləşmiş dərini kəsdirdiyindən dərinin müdafiə qabiliyyəti azalır və dırnaqların altındakı ziyanlı mikroorqanizmlər asanlıqla bədənimizə keçə bilir. Bundan başqa kimləsə əl verib görüşəndə də dəridə yaşayan HPV (humulus papilloma virusları), mikroblar və göbələklər dərinin zədələnmiş nahiyələrindən bədənimizə keçə bilir, bu zaman dəri kondilomaları və kandidozlar əmələ gəlir. Dırnaqlarını yeyənlərin həmin vərdişini belə tərgitmək olar: əgər dırnaq yeyən uşaqdırsa, barmaqlarına acı bibər sürtülür və ya acırğa kökü sürtülə bilər.
Dırnaqların, ağız boşluğunun və qoltuq altının təmiz saxlanılması sünnədə (dinimizdə) də bəyənilir.