Çay – milyonlarla insanın aludə olduğu, səhər-axşam içilən mədəniyyətimizə inteqrasiya olunmuş bir içkidir. Səhər süfrəsinin əvəzolunmazı çayı aldıqda ləzzətli və keyfiyyətli olduğunu müəyyən etmək üçün diqqət yetirməli olduğunuz bəzi detallar var. Bəs çay aldıqda keyfiyyətli olduğunu necə bilmək olar?
Azərbaycanda ən çox sevilən və istifadə edilən içkilərdən biri çaydır. Günün hər hissəsində çox çay içən bir cəmiyyət olduğumuz üçün çay aldıqda çox yaxşı seçmək lazımdır. Son zamanlarda qatqı maddələri istifadə edilərək çayın rəngiylə oynanılır. Çayın keyfiyyətini anlamaq da bir az diqqət tələb edir. Bir neçə kiçik detala diqqət edərək çayın keyfiyyətli olduğunu müəyyən etmək olar.
Çay Yarpaqlarının Forması
Çayın keyfiyyətli olub olmadığı çayın yarpağının qıvrımından da aydın ola bilər. Çay yarpaqlarının forması düz deyil, bükük, qıvrım və parlaq olmalıdır. Ən keyfiyyətli çay yarpaqları qıvrım olanlardır.
Bir salfetkanın üzərinə çayı tökdüyünüzdə yarpaqların rəngi tünd, ölçüləri eyni və qıvrım, eyni zamanda da rənglərinin tünd olması çox əhəmiyyətlidir. Keyfiyyətli bir çay seçmək üçün ilk olaraq edəcəyiniz şey çayın yarpaqlarına baxmaqdır. Əgər yarpaqları parçalanmış, toz halındadırsa o çayı almayın. Bütün çaylarda qara çay, yaşıl çay, çobanyastığı çayı kimi hamısı bir bütöv formada olmalıdır.
Rənginə Baxın
Qara çay aldıqda diqqət yetirməli olduğunuz ikinci yol isə çayın rəngidir. Keyfiyyətli bir çayın ən diqqətə çarpan xüsusiyyəti rəngidir. Məsələn, qara çayın rəngi tünd qara və açıq qara arasında dəyişir. Rəngi boz deyil, buna görə boz rəngdə bir çay almamağa diqqət edin.
Çay Yarpaqlarının Ölçüsü
Çayın keyfiyyətini müəyyən etməyin 3-cü yolu da çay dənələrinin hansı ölçüdə olmağıdır. Çayı aldıqda yarpaqların ölçülərinə baxmağı unutmayın. Əgər aldığınız çay yarpaqlarının hamısının boyu eyni ölçüdə və tünd rəngdədirsə, deməli keyfiyyətli çaydır. Könül rahatlığıyla bu çayı ala bilərsiniz. Bundan əlavə çayın keyfiyyətli olduğunu anlamaq üçün içərisində ip ya da toz parçalarının olub olmaması da diqqət yetirməli olduğunuz başqa bir detaldır.
Çayın Qoxusu:
Çayın keyfiyyətini müəyyən etməyin ən əhəmiyyətli yollarından biri təbii ki çayı iyləməkdir. Alacağınız paketdəki çayın qoxusu yüngüldürsə və narahat etmirsə çayınız doğru çaydır. Əgər çayın qoxusu kəskin və iti qoxudursa keyfiyyətsiz olma ehtimalı çox yüksəkdir. Çay keyfiyyətsiz ola bilər və ya içərisinə qoxu verməsi üçün esensial xarici məhsullar qatılmış ola bilər. Hər çayın özünəməxsus ətri var. Çaylar yaxşı və təzədirsə bir çimdik belə götürsəniz qoxusu sizə gələcək. Ancaq bayatlamış ya da formasını itirmiş bir çay sizə eyni qoxunu verməz.
Az Alın:
Əgər bir çayı ilk dəfə içəcəksinizsə, çox almaq əvəzinə az alıb təcrübədən keçirə bilərsiniz. Əgər bəyənsəniz daha sonra təkrar eyni çaydan ala bilərsiniz. Damaq dadınıza uyğun bir çay tapana qədər az almaq daha doğru olar.
Su üsulu:
Çayın keyfiyyətini müəyyən etmək üçün su üsulundan istifadə edə bilərsiniz. Bir çimdik çayı suyun içinə atdığınızda çox sürətli bir şəkildə su saralıb və rəng dəyişdirərsə çayın içərisində boya var və eyni zamanda çay keyfiyyətsizdir. Ancaq su yavaş-yavaş rəng dəyişdirirsə və gec saralırsa çay keyfiyyətli və boyasızdır.