Badımcanın Acılığını Çıxarmağın Ən Asan Yolları

Badımcanın Acılığını Çıxarmağın Ən Asan Yolları

Maraqlı

Badımcanı birbaşa bişirdikdə ya da qızartdıqda damaqda acı bir dad buraxır və ləzzətini ala bilmirik. Badımcan bişirməzdən əvvəl mütləq acılığı çıxarılası bir tərəvəzdir. 

İlk öncə badımcanı necə istifadə edəcəyinizə qərar verin. Daha sonra badımcanı necə istəyirsinizsə elə də doğrayın. İç qisimlərini duzlayıb 20-25 dəqiqə duzda gözlədin. Duzlanmış badımcanları su dolu bir qabda yaxşıca yuyun və təxminən 15 dəqiqə suda saxlayın. Sonra süzüb istifadə edin.

Ancaq qızartmaq üçün istifadə edəcəyiniz badımcanların suyunu süzməsi üçün bir kağız dəsmalın üzərinə sərin.

Digər bir üsulda isə yağın sıçramamasını istəmirsinizsə, badımcanların iç qisimlərini bol duzlayın. Tək-tək layları duzlayıb ən az 20 dəqiqə gözlədin. Daha sonra badımcanın səthindəki mayeni və qalan duzu kağız dəsmalla təmizləyin. Kağız dəsmalla yaxşıca sildiyiniz badımcanları yağda qızarda bilərsiniz. Bu üsulda badımcanı islatmadığınız üçün qızartma əsnasında yağ sıçramayacaq.

 

Рекомендуем почитать

Şokolad özü-özlüyündə yaxşıdır, amma ədviyyəli şokolad, mübahisəsiz yer üzündə ən populyar bir..

Sobanın Hərarəti C° F° Qaz İstilik 110 225 1/4 Çox..

Toyuq populyarlığını demək olar ki, bütün ləzzətlərə və kulinariya seçimlərinə uyğunlaşma asanlığına borcludur..