Sirkələrdən tərkibinə görə ən yaxşısı alma sirkəsidir.
Qandakı şəkər və insulin miqdarını normada saxlamaq üçün gündə 1 xörək qaşığı sirkəni 1 stəkan suya qarışdırıb içmək lazımdır, amma mədə problemi olanlar ondan istifadə etməməlidir. Və ya 1 çay qaşığı sirkə 1 stəkan suya qarışdırıb yeməkdən sonra gündə 2-3 dəfə istifadə edilə bilər.
Saçlardakı kəpəyi, saç diblərindəki qaşıntı və səpgiləri götürmək üçün 2 xörək qaşığı sirkəni 1 stəkan su ilə qarışdırın və saçları yuyanandan sonra diblərini həmin məhlulla isladın.
Alma sirkəsi ilə göbələk olan yerlər gündə iki dəfə silinsə, göbələk xəstəliyindən azad olarsınız.
1 xörək qaşığı alma sir-kəsinin 1 stəkan su ilə qarışımı həm yüksək xolesterini aşağı salır, həm də arıqlamaq üçün yaxşı vasitədir. Bu qarışım iştahanı azaldır. Qarın yağlarını əritmək üçün bu nisbət gündə 1 stəkan olmaqla 3 ay içilməlidir.
Alma sirkəsi dərinin pH-nı normal saxlamaq üçün əla vasitədir, ona görə də üz səp-gilərində, günəş ləkələrində, diatezlərdə su ilə bərabər nis-bətdə qarışdırılmış alma sir-kəsinə pambıq batırılıb gündə iki dəfə silinir.
Tənzifi alma sirkəsində isladıb və varikozlu ayaqlara bağlayıb gündə bir dəfə 1 saat bədən səviyyəsindən hündürdə saxlasanız çıxmış damarlarınız yavaş-yavaş düzələr.