İlğım Ədviyyat Sevərlər Klubu”nun VIII-ci görüşü

İlğım Ədviyyat Sevərlər Klubu”nun VIII-ci görüşü

12.01.2020-ci il tarixdə Etno restoran Xanədanda “İlğım Ədviyyat Sevərlər Klubu”nun VIII-ci görüşü keçirildi. Əminlər Group-un və Milli Kulinariya Assosisiyasının təşkilatçılığı ilə keçirilən görüşdə Qida Bloggerləri və məşhur simalar çıxış edirdi. Qeyd edək ki, “İlğım Ədviyyat Sevərlər Klubu” Milli Kulinariya Assosiyası nəzdində fəaliyyət göstərir. Əsas məqsədimiz Azərbaycan və Azərbaycandan kənarda yaşayan Qida Bloggerlərini bir ad altında toplamaq və onların hər zaman dəstəkçisi olmaqdır. “İlğım Ədviyyat Sevərlər Klubu”nun başlıca planı Azərbaycanda milli mətbəx üzrə uğurlu işlərə imza atmaq və Azərbaycanda “Ədviyyat Mətbəxini” yenidən bərpa etməkdir. Görüşdə 70-dən çox Qida bloggeri, Milli Kulinariya Assosiyasının nümayəndələri, Space TV - Praym Şok verilişinin nümayəndələri iştirak edirdilər. Tədbirdə Əminlər Group-un rəhbəri Məmməd Mənsimov çıxış edərək, klubun fəaliyyəti və istiqaməti üzrə planlardan danışdı. Həmçinin qeyd etdi ki, bu klub Azərbaycanda ilk dəfə olaraq formalaşır və məqsədimiz milli dəyərləri qorumaq və onları hər zaman yaşatmaqdır. Görüşdə Milli Kulinariya Assosiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək bildirdi ki, xanımlara hər zaman dəstəkdir. Yaxın zamanlarda nəşr edilmiş Dolmalar kitabı da blogger xanımlarımıza təqdim olundu. Youtube üzrə qida bloggeri Ruhiyyə xanım “İlğım”-ın yeni hazırladığı “ Ədviyyatları ev şəraitində necə yoxlamaq olar” kitabından danışaraq, xanımlara öz tövsiyyələrini bildirdi. Tədbirdə daha fəal bloggerlər Məmməd Mənsimov və Tahir Əmiraslanov tərəfindən təltif olundular. Görüşdə dəyirmi masa ətrafında bloggerlərlə müzakirələr aparıldı. Tahir Əmiraslanov qeyd etdi ki, bloglar mütləq Azərbaycan dilində yazılmalıdır və təbliği geniş olmalıdır. Bizim öz terminlərimizdən istifadə etmək və alınma sözləri tədricən dilimizdən uzaqlaşdırmaq lazımdır. Buna nümunə olaraq Menyu sözünü göstərmək olar. Menyu sözü Azərbaycan terminində “Çeşni” - dir. Amma az bir məkanda buna rast gəlmək olar. İlk öncə öz dilimizə, mətbəximizə sahib çıxmalıyıq. Və bu yolda, qida bloggerlərimizlə həmfikir və onlara dəstək olaraq irəliyə doğru addımlayacağıq. Qida bloggerləri də müzakirə zamanı öz təkliflərini bildirdilər. Onlara dəstək olmaq, peşakar səviyyəyə qədər hazırlamaq və məsləhətlər vermək lazım olduğunu qeyd etdilər. Sonda Qida bloggerlərinin hazırladıqları təamlara baxış keçirildi, rəylər söyləndi. Növbəti görüşlər haqqında məlumat veriləcək. Azərbaycan Milli Kulinariya Mərkəzi

Digər videolar