Çiyələkli Dondurma

Çiyələkli Dondurma

TƏRKİBİ

    200 qr orta yağlı qaymaq

    200 qr çox yağlı qaymaq

    150 qr şəkər tozu

    2 ədəd yumurta sarısı

    2-3 çay qaşığı limon suyu

    250 qr çiyələk

Çiyələk yay aylarının ilk yetişən, xoş ətirli bir giləmeyvədir. Yaz aylarının vaz keçilməz meyvəsi çiyələkdə bol miqdarda fosfor və dəmir var.Bir çox şirniyyatlara ləziz dad qatdığı kimi dondurmada da bənzərsiz olur.

Hazırlanma qaydası:

Bir qaba 20 %-li qaymağı və şəkər tozunu töküb ocağa qoyun. Şəkər tozu əriyənə qədər ocaqda qızdırın, lakin qaynatmayın. Ayrıca bir qabda yumurtanın sarılarını qarışdırın. Şəkər tozu əlavə edilmiş qaymaq qızdıqdan sonra onu yumurta sarılarının üzərinə əlavə edin və dayanmadan qarışdırın ki, yumurtalar çürüməsin. Alınan kütləni yenidən orta istilikdə ocağın üzərinə qoyun və aramsız qarışdıraraq 8-10 dəqiqə qatılaşana qədər qaynadın. Hazır olmuş kremi ələkdən keçirib digər qabda qoyduğunuz yağlı qaymağın üzərinə tökün və çalaraq qarışdırın. Çiyələyə limon suyu əlavə edərək blenderdə xırdalayın, püre halına gətirin və hazırladığınız kütlənin üzərinə tökün.
Əgər sizin dondurma hazırlamaq üçün xüsusi aparatınız varsa hazırladığınız kütləni soyuducuda soyutduqdan sonra onun içərisinə tökün və aparatın təlimatında göstərildiyi kimi hazırlayın.
Əgər dondurma hazırlamaq üçün xüsusi aparatınız yoxdursa onda kütlə ilə birlikdə qabı buzxanaya qoyun. 4 saat ərzində hər yarım saatdan bir qabı çıxarın və içərisindəki kütləni qabın kənarlarından sıyıraraq mikserlə çalın. Proses tamamlandıqdan sonra qabın qapağını bağlayın və soyuducuda saxlayın.

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



894