Alça döyməci

Alça döyməci

TƏRKİBİ

    Tərkibi:

    alça

    şüyüd, nanə

    duz

Qədim məzələrimizdən biri də Döyməcdir. Döyməc müxtəlif meyvələrlə (alça, albalı, gavalı, zoğal, alma və s.) hazırlanır. Adətən yağlı ət yeməklərinin yanında ideal salatdır. Tək başına da yeyilə biləcək ləzzətli məzədir. 

Hazırlanma qaydası:

İlk öncə alçaları yaxşıca yuyun. Ənənəvi döyməc daşla əzilərək edilir. Yəqin bir çoxlarının evində hələ də yumru daşlardan var. Ya da altı düz stəkanlardan istifadə edə bilərsiniz. Alçaları döyüb, yəni əzib bir qaba tökün. Yuyulub suyu süzülmüş şüyüd və nanə yarpaqlarını xırda doğrayın. Alçaların üzərinə xırda doğranmış göyərtiləri əlavə edin və duz səpib qarışdırın. Zövqə görə döyməcə əzilmiş sarımsaq, reyhan, kəklikotu əlavə edə bilərsiniz. Döyməc hazırdır!

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



3089