Keçməyən inadkar öskürək sağlamlığınızı təhdid edə bilər. İnadkar öskürək bədəndə spazmlar və mayelər əmələ gətirir. Öskürək eyni zamanda soyuqdəymə və infeksiya əlaməti də ola bilər. Bütün bu təsirləri aradan qaldırmaq üçün 4 çay növünü sizlərlə bölüşürük
Kəklikotu Çayı
Müğənnilər və səslərindən istifadə edən digər insanlar kəklikotu çayını çox sevirlər. Bu bitki səs yollarının və ağciyərlərdəki infeksiyalar üçün çox faydalıdır. Eyni zamanda iltihabı aradan qaldıran təbii vasitədir. Ağrını yüngülləşdirməkdən əlavə öskürəyə səbəb olan problemin kökünə enərək yaxşılaşmağa kömək edir. Bir antibakterial kimi fəaliyyət göstərir. Öskürməyinizə səbəb olan mikroblar varsa, kəklikotu onları öldürməyə çalışacaq.
Nanə Çayı
Nanə öskürək üçün çox təsirli bir çaydır. Xüsusilə bəlğəmi yumşaltmaq, nəfəs darlığını açmaq üçün mükəmməldir. Nanə çayı öskürəyin arxasında yatan iltihab və infeksiyayla mübarizədə çox yaxşıdır. Əgər onu daha da təsirli etmək istəyirsinizsə içərisinə bir ədəd darçın çubuğu da əlavə edə edilərsiniz.
Ballı Və Darçınlı, Limonlu çay
Limon çox təsirli bir antibakterialdır. Ancaq turşuluq xüsusiyyətinə görə badamcıqlarınıza birbaşa təması zərər verə bilər. Buna görə onu turşuluğu yumşaldan bir şeylə birlikdə içmək yaxşı olar. Bal, limonun dadını yumşaltmaqdan əlavə bakteriyaları öldürmək gücünə də malikdir. Əslində sanki qoruyucu bir pərdə funksiyasını yerinə yetirir. Darçın da həmçinin bəlğəmin xaric edilməsinə köməkçi olur. Eyni zamanda digər vasitələrin də təsirlərini artırır.
Ballı Zəncəfil Çayı
Zəncəfili sevməyən və içkilərdə, yeməklərdə istifadə etməkdən çəkinən bir çox insan var. Ancaq zəncəfil xüsusilə öskürəyi kəsməkdə mükəmməl bir dərman xüsusiyyətində qidadır. Zəncəfilin önə çıxan xüsusiyyəti iltihab əleyhinə xüsusiyyətidir. Zəncəfil çayı sayəsində daha sürətli yaxşılaşacaq və ağrılardan daha tez xilas olacaqsınız. Digər çaylar kimi zəncəfil çayı da bəlğəmin həll edilməsinə köməkçi olur.