Karri

Karri

Ədviyyatların faydaları

Hind ədviyyatıdır. Tərkibinə: hil, sarıkök, zəncəfil, döyülmüş istiot, keşniş daxildir. İncə ətri var, xanımların sevimli ədviyyatıdır.

Karrinin xeyri və zərəri onun çox tərkibli olmasından ibarətdir. O, istənilən isti və ya soyuq yeməklə də uyğun gəlir. Karrini içkidə də istifadə etmək olar. O, bişirilmiş çörəyə orijinal dad verir. Sarıkökün tərkibi sayəsində karri güclü antibiotik kimi də tanınır. Karri bağırsağın mikroflorasını yaxşılaşdırır və qida borusunun işini stimullaşdırır.

Hindistanda hesab edirlər ki, karrinin ən əhəmiyyətli faydası insanın bədənini təmizləməkdir. Bundan başqa əzələ aparatının işini stimullaşdırır ki, bu yoqada yüksək qiymətləndirilir, maddələr mübadiləsini normallaşdırır, canlandıran vasitə kimi də fəaliyyət göstərir.

Karri həm də respirator xəstəliklərin müalicəsi üçün tətbiq edilir. Bundan başqa astma simptomları aradan qaldırılması üçün ondan istifadə edirlər. Vətənində ədviyyatdan-artrit, revmatizmin müalicəsi, podaqra və meteorizmdən qurtulmaq üçün istifadə edirlər. 1992-ci ildə keçirilmiş tədqiqatlar göstərdi ki, ədviyyat xolestrini azaltmağa qadirdir.

Məhsulun bütün müsbət keyfiyyətlərinə baxmayaraq sağlamlığa ziyanı da vardır. Belə ki, qanaxmaya səbəb ola bilər, qanın laxtalanmasını ləngidir. Ona görə də əməliyyat olunan insanlar ondan imtina etmələri məsləhətlidir. Ədviyyat bəzi dərmanlarla uyğun gəlmir (aspirin,klopidoqrel,varfarin). Bundan başqa, o, öd kisəsiylə də problemlər yarada bilər.

Kerrinin xeyri və ziyanı alimlər tərəfindən fəal öyrənilir və onların nəticələri həqiqətən də təəccüblüdür. Bu gün məlum olub ki, ədviyyat xərçəng və ürək xəstəliyindən bədəni qorumağa qadirdir. Tədqiqatlar göstərib ki, Hindistan əhalisi ədviyyatı yemək zamanı istifadə edərkən onlarda beyinin degenerativ xəstəlikləri dörd dəfə azalır.

Рекомендуем почитать

Mixək - mixək ağacının qurudulmuş qönçələridir. 10-15 metr hündürlüyündə hamargövdəli..

Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara..

Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş..