Çia toxumu saçları və dırnaqları yaxşılaşdıran, dərini cavanlaşdıran nadir və faydalı bitki növüdür.
Bu sehrli toxumu hələ qədim dövrlərdə maya və ink tayfaları yüksək qiymətləndirirdi. Və bu gün elm sübut edib ki, onlar haqlı olub!
Çia toxumları bir növ müasir bitki kimi görünür, lakin onlar artıq min ildir mövcuddur. Bəsləyici dəyəri o qədər yüksəkdir ki, keçmişdə onlardan pul kimi istifadə edilib. Çia toxumları yağ turşularıyla, zülallarla, antioksidantlarla və dietik liflərlə zəngindir. Onlar mayeni udmaq kimi böyük qabiliyyətə malikdir, bu da orqanizmin hidratlaşması üçün ideal vasitədir.
Çia toxumları o qədər təsirlidir ki, cəmi bir neçə saat ərzində özünü yaxşı hiss etməyə imkan verir. Yeri gəlmişkən qeyd edək ki, maya dilində çia «qüvvə» mənasını verir. Bu, həqiqətən də belədir, çünki çia toxumu qida maddələrinin yüksək məzmunu sayəsində bədənə çoxlu enerji verir. Bu bitki orqanizm üçün mühüm olan yağların əsas mənbəyidir. Nə qədər qəribə olsa da, balaca çia toxumunda Omeqa 3 yağları qızıl balıqdan 8 dəfə çoxdur. Və bu, hələ hamısı deyil, çia çoxlu zülallar və antioksidantlar ehtiva edir. Bu bəsləyici maddələr sağlamlığınız üçün çox əlverişlidir. Məsələn, bir qram çia toxumunda təzə qaragilədən 4 dəfə çox antioksidant var. Son tədqiqatlar göstərib ki, çia toxumundan mütəmadi istifadə saç və dırnaqların vəziyyətini yaxşılaşdırır. Çia dəri üçün əla vasitədir, çünki onun dəri hüceyrələrini bərpa etmək və yeniləşdirmək xüsusiyyəti var.
Çia toxumu asan həzm olunan bitki zülallarının da əla mənbəyidir. Odur ki, toxumlar bütün həzm yoluna müsbət təsir göstərməklə artıq piy yandırılması prosesini stimullaşdırrır və orqanizmi möhkəmləndirir.