Keçibuynuzu bəkməzinin evdə hazırlanması

Keçibuynuzu bəkməzinin evdə hazırlanması

Xalq təbabəti

Keçinin buynuzuna bənzədilən, 7-dən 70- ə hər kəsin mütləq istifadə etməli olduğu, eyni zamanda mütəxəssislərin də tövsiyə etdiyi bir qidadır. Keçibuynuzundan hazırlanan məhsullar arasında ən çox istifadə edilən keçibuynuzu bəkməzidir. Hazırlanması olduqca uzun və çətin olduğu üçün qızıl dəyərində qiyməti olan keçibuynuzu bəkməzinin möhtəşəm bir qan əmələ gətirmə xüsusiyyəti var. Dərhal öskürəyi kəsir və bəlğəmgətirici xüsusiyyəti ilə uşaqlar üçün çox faydalıdır. İstehsalı çətin olduğu üçün hazır alınan keçibuynuzu bəkməzi əslində evdə edildikdə daha çox fayda verir. Keçibuynuzu bəkməzi südün 3 misli qədər kalsium ehtiva edən qida dəyəri çox yüksək bir ləzzətdir. A, B, B2, B6, D və E vitaminləri ilə zəngin olan keçibuynuzu bəkməzinin hazırlanma qaydasını sizinlə bölüşürük..

Keçibuynuzu Bəkməzinin Hazırlanma Qaydası:

Keçibuynuzu bəkməzinin hazırlanması bir çox mərhələdən ibarətdir. Bunlardan birincisi keçibuynuzu çəkic və s. bir alətlə əzməkdir. İkinci mərhələdə əzilmiş keçibuynuzu miqdarına görə bir qaba və ya bir qazana töküb və üzərini keçənə qədər su ilə doldurun.

Bir-iki gün su içində keçibuynuzlarını saxlayın. Bu iki günün sonunda, üçüncü mərhələyə gəldikdə, isladılmış keçibuynuzunu bir tənzifə qoyub və güclü bir şəkildə sıxıb suyunu ayırın.

Bu mərhələdən sonra keçibuynuzu suyunu bir qazana töküb və zəif ocaqda qaynadın. Bu suyu təxminən 7-8 saat ocağın dərəcəsini daim nəzarətdə saxlayaraq və qarışdıraraq qaynadın. Yeddi-səkkiz saat qarışdırdıqdan sonra əldə edilən keçibuynuzu bəkməzini soyuması üçün kənara qoyun. Soyuduqdan sonra bankalara və ya uyğun saxlama qablarına tökün.

Рекомендуем почитать

Çoxsaylı faydaları olan çobanyastığı: Nə zaman və necə istifadə olunmalıdır? Xalq təbabətində ən çox istifadə..

Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra..

Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında o acı yovşan adı ilə də..